Saatlı rayon sakinindən ov tüfəngi aşkarlanaraq götürülüb

Saatlı rayon sakinindən ov tüfəngi aşkarlanaraq götürülüb

Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qarayevkənd kənd sakini M.Həsənovdan qanunsuz saxladığı "TOZ-18" markalı ov tüfəngi götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə