Oğurluq edən şəxsin digər cinayət əməlləri törətdiyi də məlum olub
Binəqədi rayonunda oğurluq edən şəxsin digər cinayət əməlləri müəyyənləşib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları oğurluq etdiyinə görə tutulmuş S.Mustafayevin barəsində apardıqları əməliyyat tədbirləri ilə onun daha bir mağazadan 445 manat məbləğində pul və 452 manat dəyərində tütün məmulatı oğurlamasını da müəyyənləşdiriblər.
Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB