Yol nəqliyyat hadisəsi zamanı həlak olan piyadanın şəxsiyyəti araşdırılır

Yol nəqliyyat hadisəsi zamanı həlak olan piyadanın şəxsiyyəti araşdırılır

Bakı-Mərdəkan şosesinin Binə qəsəbəsi ərazisindən keçən hissəsində “Vaz 21015” markalı şəxsiyyəti istintaqa məlum olan avtomobilin sürücüsü yolu keçən 45-50 yaşlarında kişini vurub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya bildirilib ki, hadisə zamanı piyada ölüb. Aparılan araşdırmalar zamanı piyadanın şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Onu tanıyanların polisə məlumat vermələri xahiş olunur.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz şəxsi tanıyanlar və onun barəsində informasiyası olanlardan DİN-in 102 - Xidməti Zəng Mərkəzi, həmçinin Xəzər Rayon Polis İdarəsi və 3-cü polis bölməsinin (012) - 590-72-03, (012) - 456-03-02, (055) – 359-21-35 və (050) – 717-07-67 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə