Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Sumqayıt Superfosfat” zavodunun ərazisindən 200 kiloqram çəkidə metal qırıntılarının oğurlanması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakini A.Həsənov, Abşeron rayon sakinləri T.Mikayılov və C.Əhmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB