Qadınlar diri-diri yandırılıb

Meksikada 2 qadın mütəşəkkil cinayətkar qrup tərəfindən öldürülüb.

Məlumata görə, hadisə Quanaxuato əyalətinin Celaya şəhərində baş verib. Kartel üzvü olduğu iddia edilən bir qrup silahlı şəxs qara rəngli avtomobilin yük yerində 2 qadının qollarını bağlayıblar. Onlar sonra benzin tökərək maşını yandırıblar.

Ətrafdakı insanlar yanan avtomobili görərək yanğınsöndürmə xidmətinə müraciət ediblər. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüblər və avtomobildə 2 qadının yanmış meyitini aşkarlayıblar.

Qətldən sonra kartelə üzv olduqlarını iddia edən şübhəlilərin geniş miqyaslı axtarışlarına başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com