53 yaşlı qadını avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qeyd edək ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Səkkizinci mikrorayon ərazisində 1968-ci il təvəllüdlü Cəbrayılova Adikə Firudin qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı-kəllə beyin travması diaqnozu qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə