SSRİ-nin səhiyyə naziri vəfat edib

SSRİ-nin səhiyyə naziri vəfat edib

Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Kardiologiya Mərkəzinin fəxri direktoru Yevgeni Çazov 92 yaşında vəfat edib. SİA bu barədə rus mətbuatına istinad edir.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Nazirlik Çazovu nüfuzlu kardioloq və alim adlandırıb, onun milyonlarla insanın həyatını xilas etdiyini qeyd edib.

O, 1987-1990-cı illərdə keşmiş SSRİ-nin səhiyyə naziri vəzifəsində işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə