ABŞ-ın Oreqon ştatında gündüz saatlarında küçənin ortasında baş verən hadisənin görüntüləri anında yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yolda mübahisə edən sürücülərdən biri samuray qılıncına bənzəyən qılınc ilə digər sürücünün üstünə yeriyib. Digər sürücü avtomobilin baqajını açanda videonu çəkən şəxs qorxudan qışqırıb. Qılıncı olan adam daha sonra qaçaraq maşından uzaqlaşıb. Avtomobildən hansı silahın çıxarıldığı bilinməsə də, sosial şəbəkə istifadəçiləri bununla bağlı çoxlu şərhlər yazıblar. Çoxları bu silahın AK-15 olduğunu iddia ediblər.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB