Hindistanda 14 nəfər yağışların qurbanı olub

Hindistanda 14 nəfər yağışların qurbanı olub

Hndistanın cənubundakı Tamil Nadu ştatında leysan yağışlar 14 nəfər ölüb.

Ölkə rəsmiləri bildirib ki, şiddətli yağışların yaratdığı sel səbəbindən alçaq ərazilər yenidən su altında qala bilər. Vətəndaşlara küçəyə çıxmamaq tövsiyə edilib. Qeyd olunur ki, daşqınlar nəticəsində 800 ev sıradan çıxıb.

Yerli mətbuatda yayılan xəbərlərdə zərərçəkənlər üçün 100-dən çox yardım mərkəzinin yaradıldığı və pulsuz ərzaq paylanıldığı qeyd edilir.

Seldən ən çox zərər çəkən Çennai şəhərinə uçuşlar dayandırılıb. Çennai və ona bitişik ərazilərdə 500-dən çox insan təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə