Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə Babək prospektində yaşanıb.
1985-ci il təvəllüdlü Əhədov Adil Rasim oğlu tanışına verdiyi borcu istəmək üçün onunla görüşüb. Tanışı ilə mübahisə əlbəyaxa dava ilə sonlanıb. Bu zaman A.Əhədova döş qəfəsi və ayağına üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə “AzərSuTikinti” xəstəxanasına aparılıb. O cərrahi əməliyyat edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB