Pakistanda adı açıqlanan Müqəddəs və Adnan adlı iki gənc bir-birinə aşiq olub və evlənmək istəyən cütlüyün ailələri bu münasibətə qarşı çıxıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ailəsi Müqəddəsi başqasına vermək istəyəndə gənc qız sevgilisi Adnanla birlikdə zəhər içərək intihar ediblər.
Polis, Müqəddəs və Adnanın uzun müddətdir ki, bir-birini sevdiyini və qızın ailəsinin bu münasibətə qarşı olduğunu bildirib. Bədbəxt cütlük ağır yaralı tapıldıqdan sonra xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB