Bakıda külək binanın balkonunu uçurub, xəsarət alan var

Bakıda külək binanın balkonunu uçurub, xəsarət alan var

Bakıda güclü külək nəticəsində balkon uçub. SİA-nın məlumatına görə, paytaxtın Səbail rayonu ərazisindəki yaşayış binasının balkonunda baş vermiş uçqun nəticəsində ərazidən keçən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Şıxəliyeva Diana Xəyal qızı baş nayihəsindən müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu faktı təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə