Bakıda güclü külək fəsadlar törədib

Bakıda güclü külək fəsadlar törədib

Bakıda güclü külək fəsadlar törədib. SİA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində, Milli Elmlər Akademiyasının (AMEA) ərazisində baş verib.

Günorta saatlarından başlanan külək ərazidəki bir neçə irigövdəli ağacı kökündən çıxarıb.

Hadisə nəticəsində AMEA-nın həyətində piyada səkilərinə ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə