Qusarda avtomobil piyadanı vurub

Qusar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Həsənqala kəndində qeydə alınıb. Avtomobil yolu keçən piyada, 1981-ci il təvəllüdlü İsmayılov Səxavət Sıxaydın oğlunu vurub.

Yaralı əvvəlcə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bəbənin müştərək, qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə