Livanlı rahib uşaqlara qarşı cinsi istismarına görə 15 il həbs cəzası alıb

Livanlı rahib uşaqlara qarşı cinsi istismarına görə 15 il həbs cəzası alıb

Fransada livanlı keşiş Mənsur Ləbaki üç qıza cinsi təcavüz etdiyi üçün 15 il həbs cəzasına məhkum edilib. Caen Məhkəməsi, 1991-1998-ci illərdə Caen yaxınlığındakı Douvres-la-Delivrande şəhərində livanlı yetimlər üçün açdığı və idarə etdiyi yataqxanada 3 qıza cinsi təcavüz etməkdə günahlandırılan 81 yaşlı keşiş haqqında qərarını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ləbakiyə 15 il həbs cəzası verən məhkəmə, keşişin qurbanlara və onların ailələrinə birbaşa və ya dolayı təzyiq də etdiyini bildirib. Qeyd olunub ki, Livana sığınan Ləbaki, məhkəmədə iştirak etməyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə