Qadın, sevgilisinin boynuna xalta taxaraq küçə və restoranlarda gəzdirdi
Braziliyada qatar stansiyasında maraqlı görüntülər qeydə alınıb. Luana Kazaki adlı qadın stansiyanın restoranında sevgilisinin boynuna xalta taxaraq gəzdirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ikilinin bu hərəkəti böyük marağa səbəb olub. Artur Urso adlı şəxsin üzündə it maskası, eləcə də boynunda xalta olub. İkisi ətrafdakıların baxışlarına məhəl qoymadan restoranda bir müddət oturdular. İkilinin bu vəziyyətinə bəziləri də biganə qalmayıb və reaksiya verib. Cütlüyün insanların arasında belə gəzmələrinin səbəbi daha maraqlıdır. Luana Kazaki adlı qadın bu hərəkətin onların münasibətlərini gücləndirdiyini və sevgilərini yaşatdığını müdafiə edib. Kazaki, “Sən nə edirsən?” deyə soruşanlara “İtimi gəzdirirəm, bundan sizə nə?” deyə cavab verib. Bildirilib ki, son vaxtlar ABŞ və Braziliyada belə hadisələr geniş vüsət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB