Belarusiya üzərindən Avropa İttifaqının üzvü olan Polşaya daxil olmaq, oradan da digər ölkələrinə getmək istəyən qeyri-qanuni mühacirlər Belarus-Polşa sərhədində gözləməyə davam edirlər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dünən Belarusiyanın Qrodno şəhərinin Bruzgi sərhəd məntəqəsini keçdikdən sonra Polşa sərhədinə gələn, əksəriyyəti İraqdan gələn immiqrantlar sərhəddə gecələyiblər. Aralarında çoxlu uşaq və qadınların da olduğu 2000-ə yaxın mühacirlər, meşəlik ərazidə sərhəd hasarları qarşısında qurduqları çadırlarda qalıblar. Gecə istiliyinin sıfır dərəcəyə düşdüyü bölgədə meşədən kəsib yığdıqları odunları yandıraraq isinən mühacirlər su və qida qıtlığı yaşayıblar. Gecə boyu sərhəddə sıx tədbir görərək ayıq-sayıq qalan Polşa təhlükəsizlik qüvvələri, zaman-zaman mühacirlərin ölkələrinə qayıtması ilə bağlı açıqlamalar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB