15 yaşında olan qatilə 16 il həbs cəzası verilib

15 yaşında olan qatilə 16 il həbs cəzası verilib

İngiltərənin Linkolnşir bölgəsində yanında bıçaq gəzdirdiyi üçün məktəbdən qovulan 15 yaşlı qatil ilə bağlı qan donduran təfərrüatlar ortaya çıxmaqda davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 15 yaşlı Marsel Qresç, dostu olan 12 yaşlı Roberts Bunsisi bir meşəyə aparıb. Qresç, iki gün əvvəl ad günü olan dostunun əllərini kəsməyə çalışıb. Əvvəllər də bir çox cinayətlərdə ittiham olunan 15 yaşlı Marsel, dostunu boyun, mədə və döş nahiyəsindən 70 bıçaq zərbəsi vuraraq öldürüb.

Məhkəmə qarşısına çıxan qatil, məhkəmənin ortasında qətl törətdiyini etiraf edib və ən azı 16 il 36 gün həbs cəzası alıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə