Rusiyanın Krasnoyarsk diyarında ağır yol qəzası

Rusiyanın Krasnoyarsk diyarında ağır yol qəzası

Rusiyanın Krasnoyarsk diyarında ağır yol nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, qəza nəticəsində bir nəfər həyatını itirib, daha iki nəfər müxtəlif bədən xəsarətləriylə xəstəxanaya yerləşdirilib.

Qəza Kuznetsovo-Zıkovo yolunun 9-cu km-də baş verib. Avtomobillərdən biri ötmə əməliyyatı zamanı qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxıb.

Hadisə yerində yol polisi əməkdaşları müvafiq tədbirlər görür. Qəza yerində hərəkət məhdudlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə