Qobustan sakinini şantaj edən şəxs saxlanılıb

Qobustan sakinini şantaj edən şəxs saxlanılıb

Qobustan qəsəbə sakini hədələnib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 4-də Qobustan qəsəbə sakini olan bir kişinin şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 400 manat pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini O.Şəkərov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə