Zərdabda karantin rejiminin pozulduğu toy məclisləri aşkarlanıb

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-ya bildiriblər ki, yoxlamalar zamanı rayonun Otmanoba və Məlikli kəndlərindəki fərdi yaşayış evlərində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Qayda pozuntusuna yol vermiş ev sahibləri A.İsmayılov və E.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə