İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla 14.37-də qeydə alınıb. Yeraltı təkanların episentri Manado şəhərindən 204 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 86 kilometr dərinlikdə olub.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin maqnitudası 5,9, mənbəyi isə 45,5 kilometr dərinlikdə yerləşib.
Mümkün tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB