Hindistan xəstəxanasında yanğın baş verib

Hindistan xəstəxanasında yanğın baş verib

Hindistanın qərbindəki Maharaştra ştatında bu gün xəstəxanada baş verən yanğın nəticəsində reanimasiya şöbəsində koronavirusdan müalicə alan 10 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, daha 7 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Ştatın Baş naziri Uddhav Tekkerey aidiyyatı idarələrdən hadisənin səbəblərini araşdırmağı tələb edib. Xəstəxanada yanğın nəzarət altına alınıb. Hadisə zamanı ilk olaraq reanimasiya şöbəsinin yerləşdiyi xəstəxananın birinci mərtəbəsi yanıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə