Almaniyanın Regensburq-Nürnberq şəhərləri arasında hərəkət edən sürət qatarında bıçaqlı hücumun təşkil edildiyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, polis tərəfindən verilən açıqlamada, sürət qatarında təcavüzkarın bıçaqla sərnişinlərə hücumu nəticəsində çox sayda insanın yaralandığı bildirilib. Hücum edən şəxsin tutularaq nəzarətə alındığı bildirilib. Alman mediası hücumdan sonra 3 nəfərin yaralandığını, lakin onların həyati təhlükəsinin olmadığını yazıb. Hücumun səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB