Rusiyalı diplomat ölü tapılıb

Oktyabrın 19-da Almaniyanın Berlindəki Rusiya səfirliyi qarşısında rusiyalı diplomatın ölü tapıldığı iddia edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiyanın Berlin səfirliyi qarşısındakı səkidə cəsəd tapdığı bildirilib. Binanın üst mərtəbəsindən yıxıldığı güman edilən şəxs Almaniya təhlükəsizlik orqanları tərəfindən Rusiya daxili kəşfiyyat xidməti FSB-nin əməkdaşı hesab edilir.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə