Tərtərdə maşın yandı, sürücü xəsarət aldı

Tərtərdə maşın yandı, sürücü xəsarət aldı

Tərtərdə minik avtomobili yanıb.

Hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Belə ki, Tərtər rayon Qapanlı kənd sakini Yaqublu Bərxudar Nazim oğlu idarə etdiyi “Toyota Prius” markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən avtomobil yanmağa başlayıb. Avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, hadisə zamanı sürücü B.Yaqublu müxtəlif dərəcəli yanıq xərarətləri alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə