Rusiyada dəhşətli qətl: 75 yaşlı kişi əvvəl həyat yoldaşını ardınca isə nəvəsini qətlə yetirdi
Rusiyanın Perm vilayətində dəhşətli cinayət aktı törədilib. SİA bu barədə rus mətbuatına istinad edir.
Həyat yoldaşını ardınca isə nəvəsini öldürən kişi daha sonra intihar edib.
Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsinin regional administrasiyası məlumat yayıb.
Hadisə Perm vilayətinin Kirovski rayonunda mənzillərdən birində baş verib.
İşdən evə qayıdan qadın mənzildə 65 və 75 yaşlı valideynlərinin və 17 yaşlı oğlunun cəsədlərini aşkar edib.
Müstəntiqlər müəyyən ediblər ki, cinayəti hadisədən sonra intihar edən 75 yaşlı ailə başçısı törədib.
Kriminalistlər hadisə yerinə baxış keçirib, zəruri ekspertizalar təyin edib, şahidlər dindirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB