Şəkidə traktorla minik avtomobili toqquşub.
Hadisə bu gün axşam saatlarında baş verib.
Belə ki, Şəki rayonu, Dərəcənnət kənd sakini, 1968-ci il təvəllüdlü Elman Məmmədov idarə etdiyi traktorla hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan “Toyota Prado” markalı minik avtomobili traktoru arxadan vurub.
Nəticədə, traktorun sürücüsü Elman Məmmədov və tarktorda sərnişin qismində olan sürücünün həyat yoldaşı, 1975-ci il təvəllüdlü Məhəbbət Əlövsət qızı Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB