Hava limanı yaxınlığında naməlum obyekt aşkarlanıb

Hava limanı yaxınlığında naməlum obyekt aşkarlanıb

ABŞ-ın Los-Angeles hava limanı yaxınlığında baş verən qəribə hadisə ilə bağlı yekun nəticənin olmaması müxtəlif müzakirələrə yol açıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, avqust ayında pilotlar hava limanı yaxınlığında minlərlə metr yüksəklikdə naməlum obyekt gördükləri barədə limana ardıcıl anonslar ediblər. Məsələyə Federal Təhqiqatlar Bürosu da qarışıb. Ancaq araşdırma barədə yekun nəticə yoxdur. Pilotlar naməlum obyektin belində xüsusi qurğu ilə havaya uçan adam olduğu barədə fikirlər irəli sürüblər. Federal Təhqiqatlar Bürosu bu ehtimalın inandırıcı olduğunu düşünmür. Onların fikrincə, bu havada uçan adam formasındakı şar ola bilər. Lakin bölgədəki pilotlar 3-cü dəfədir oxşar hadisə ilə üzləşir.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə