Pakistanda sərnişin avtobusu qəzaya düşüb

Pakistanda sərnişin avtobusu qəzaya düşüb

Pakistanın Azad Cammu Kəşmir bölgəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində 23 nəfər ölüb. SİA bu barədə türk mətbuatına istinad edir.

Hadisə Pallandri bölgəsində baş verib. Otuzdan çox sərnişinin olduğu avtobus Azad Cammu Kəşmirdən Ravalpindi şəhərinə hərəkət edirmiş.

Bütün xəbərlər Facebook səhifəmizdə