18 gündür itkin düşən qız sonunda tapılıb

18 gündür itkin düşən qız sonunda tapılıb

Avstraliyada yaşayan 4 yaşlı Kleo adlı qız 18 gün əvvəl itkin düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, öldüyü barədə şübhələr doğuran uşağın axtarışı böyük bir qrup tərəfindən aparılıb. Ailəsinin ümidlərinin sönməyə başladığı anda xoş xəbər gəlib. Əldə edilən dəlillərdən sonra polis Kanarvondakı bir evə basqın edib. Komandalar Kleonu evdəki otaqların birində sağ halda taparaq ailəsinə təhvil veriblər. Polisin basqın etdiyi evdə olan 36 yaşlı kişi isə saxlanılıb. Hadisənin necə baş verdiyi araşdırılır.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə