Şökən 21 mərtəbəli bina altında onlarla insan qalıb

Nigeriyanın ən böyük şəhəri Laqosun İkoye rayonunda 21 mərtəbəli bina uçub.

SİA bu barədə yerli “Punch” qəzetinin məlumat yaydığını bildirir.

Bina tikinti mərhələsində olub.

Öz növbəsində Nigeriyanın “Premium Times” qəzeti bina sahibi də daxil olmaqla 50-dən çox insanın dağıntılar altında qala biləcəyini yazıb. Onların hansı vəziyyətdə olduğu və tikililərin uçması zamanı nə dərəcədə zədələndiyi hələlik məlum deyil.

“Nation” qəzeti artıq dörd nəfərin dağıntılar altından çıxarıldığını yazıb. Qəzetin məlumatına görə, onlardan ikisinin vəziyyəti ağırdır, digər ikisi yüngül xəsarət alıb.

Ərazidə xilasetmə xidmətlərinin briqadaları işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə