Mağaradakı uçqunda 9 yanğınsöndürən ölüb

Mağaradakı uçqunda 9 yanğınsöndürən ölüb

Braziliyanın San-Paulu ştatında mağarada baş verən uçqun nəticəsində bir neçə yanğınsöndürən həlak olub.

SİA xəbər verir ki, bu barədə bölgənin yanğınsöndürmə idarəsi tviterdə məlumat yayıb.

“9 nəfər həlak olub, 1 nəfər xilas edilərək xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ərazidə başqa zərərçəkənlər qalmayıb”, – xəbərdə deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə