"Taliban" milisi toyda musiqi dinləyənləri öldürüb

"Taliban" milisi toyda musiqi dinləyənləri öldürüb

Hadisə Əfqanıstanın Sorxud şəhərində baş verib.

Xarici mediada yer alan məlumata görə, "Taliban" milisi toyu təftiş edərkən bir neçə nəfərin kənarda musiqi dinlədiyini görüb. Milislərin atəş açması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Faktı əyalətin qubernatoru da təsdiq edib.

Qeyd edək ki, "Taliban" ilk hakimiyyəti dövründə (1996-2001) bütün növ musiqini və kinonu qadağan etmişdi. Yenidən hakimiyyətə gələrkən hərəkat musiqiyə qadağa qoyulmayacağını desə də, real vəziyyət əvvəlki kimidir.

Bütün xəbərlər Facebook səhifəmizdə