Gənclərə narkotik satan şəxslər tutulub

Gənclərə narkotik satan şəxslər tutulub

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Fuad Quliyev tutulub.

Onun üzərində şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkarlanıb. Həmin şəxs ifadəsində narkotik vasitəni “Batya” kimi tanıdığı şəxsdən aldığını bildirib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları əməliyyatın davamı olaraq həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Bəxtiyar Orucov da tutularaq istintaqa təqdim edilib.

Onun üzərindən və yaşadığı evdən ümumilikdə 900 qrama yaxın satış üçün hazır şəkildə qablaşdırdığı heroin və elektron tərəzi aşkarlanıb. Bəxtiyar Orucov izahatında Nərimanov rayonu ərazisində əsasən gənclər arasında narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı rayon polis idarəsində araşdırmalara başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə