Paytaxtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Paytaxtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi ərazisində (Talıblı küçəsi) çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. FHN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, ilkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından keçən elektrik kabelləri yanıb. Mənzillər yanğından mühafizə olunub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri otuz nəfər sakini (onlardan 8-i uşaqdır) təhlükəsiz əraziyə təxliyə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə