Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 18 halda yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Sutka ərzində FHN-in qüvvələri tərəfindən dörd nəfər xilas edilib. Yanğınlar zamanı iki nəfər xəsarət alıb. Həmçinin paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsindəki çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı səkkizi uşaq olmaqla 30 nəfər bina sakini təxliyə olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB