Bakıda kişi qonşusu tərəfindən qətlə yetirilib

Bakıda kişi qonşusu tərəfindən qətlə yetirilib

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

SIA xəbər verir ki, hadisə Yeni Suraxanı yaşayış sahəsində qeydə alınıb

Sovet küçəsi, 1 ünvanında yaşayan 1978-ci il təvəllüdlü Hüseynov Zakir Balababa oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Z.Hüseynova ürək və qarın nahiyəsindən üç bıçaq zərbəsi vurulub. O, küçədə dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Hadisəni törədən şəxs saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə