Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev paylaşıb.
O bildirib ki, 09 BO 440 DQN-lı yük avtomobili eyni istiqamətdə hərəkət edən dörd minik avtomobili və 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JB 297 DQN-lı avtobusla toqquşub.
İlkin məlumata görə, qəza yük avtomobilinin əyləc sistemindəki nasazlıq səbəbindən baş verib. Sərnişin avtobusu depoya qayıtdığından sərnişin olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB