Lənkəranda 8 yaşlı uşaq dünyasını dəyişib

Lənkəran rayonunun Vilvan kəndində 2012-ci il təvəllüdlü Hüseyn Kazımov inyeksiya olunduqdan sonra halı pisləşib və şok vəziyyətinə düşüb.

SİA-nın cənub bürosunun verdiyi məlumata görə, uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq H.Kazımov həyatını itirib. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Bədbəxt hadisənin hansı səbəbdən baş verdiyi ekspertizanın rəyindən sonra dəqiq bilinəcək.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə