Sabirabadda avtomobil piyadanı vurub

"BMW" markalı avtomobil Sabirabad rayonunun Cəngən kənd sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov Mübariz Əsədalı oğlunu vurub.

SİA-nın Mil-Muğan bürosunun məlumatına görə, ağır vəziyyətdə olan piyada əvvəlcə Şirvan xəstəxanasına, daha sonra paytaxt xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə