Zavoddakı partlayış 25 nəfəri öldürüb

Nigeriyanın cənubundakı Rivers ştatında qeyri-qanuni fəaliyyət göstərən neft emalı zavodunda baş verən partlayış nəticəsində azı 25 nəfər həlak olub. SİA bu barədə rus mətbuatına istinad edir.

Məlumata görə, hadisə cümə günü səhər baş verib, ancaq cəmi iki gün sonra məlum olub. Rəsmi qurumlar hələlik ölənlərin kimliyini müəyyən edə bilməyiblər. Onların arasında azyaşlıların da olduğu dəqiqləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə