Tovuzda maşın piyadanı vurub öldürüb

Tovuzda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

SİA-nın yerli bürosunun məlumatına görə, hadisə bazarın qarşısında qeydə alınıb.

Hərəkətə olan avtomobil yolu keçmək istəyən ortayaşlı qadını vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda piyadanın kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə