ABŞ-da tələbə şənliyində atışma

ABŞ-ın Corciya ştatının Fort Valley şəhərindəki universitetin yaxınlığında tələbə şənliyində atışma baş verib.

Atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. SİA bu barədə rus mətbuatına istinad edir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, zərərçəkənlərdən bəziləri xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə heç bir məlumat yoxdur. Əlavə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə