Fərdi evdə yanğın zamanı iki azyaşlı ölüb

Rusiyanın Perm vilayətində fərdi yaşayış evində baş verən yanğın zamanı iki uşaq ölüb.

SİA “vesti.ru”ya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, yanğın axşam saatlarında Nijnyaya Talitsa kəndinin Veresovaya küçəsində baş verib.

Ölən uşaqların bir və üç yaşlarında olduğu bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində hadisənin başvermə səbəblərini araşdırırlar.

Azyaşlıların ölüm faktı ilə bağlı Rusiya Cinayət Məcəlləsinin “ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma” maddəsi ilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə