Şəmkirdə ata və yeniyetmə oğlu bıçaqlanıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

SİA-nın yerli bürosunun məlumatına görə, hadisə "Komsomol" parkının qarşısında qeydə alınıb.

Belə ki, rayon sakini Rəhimov Ədalət və onun 14 yaşlı oğlu Rəhimov Murad bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralılara dərhal lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisənin başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə