Alman zabitinin evində cəbbəxana aşkarlanıb

Oktyabr ayında böyük silah arsenalına malik olması ilə bağlı şübhəli bilinən alman zabitinin evində yoxlama aparılıb.

SİA “Figaro”ya istinadən xəbər verir ki, bu barədə məhkəmədəki mənbələrdən bildirilib.

Zabitin evində radioaktiv maddə (Strontium-90) və məxfi sənədlər aşkar edilib.

Həmçinin, hərbçinin evində “Kalaşnikov” avtomatları, tank və zenit sursatları, habelə, döyüş qabiliyyətli qumbaraatan və mərmilər tapılıb.

Məxfi sənədlər arasında Şimali Koreya ilə bağlı iki fayl, eləcə də “Kommunist ədəbiyyatı” aşkarlanıb. Axtarışdan sonra zabit saxlanılıb.

Zabitin Almaniya ordusunda partlayıcı qurğuların təhlili üzrə ixtisaslaşan bölmədə xidmət etdiyi bildirilir.

Qeyd edək ki, Müdafiə Nazirliyindən sözügedən silah-sursatların hərbi arsenalda qeydiyyatda olmadığı vurğulanıb.

Məlumat üçün bildirək ki, Stronsium radioaktiv maddəsi tibbdə istifadə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə