Dostunu yandırana 2 il şərti həbs cəzası verildi

Rusiyada Ryazan vilayət məhkəməsi 13 yaşlı yeniyetməni benzin tökərək yandırmaqda təqsirli bilinən 17 yaşlı oğlana 2 il şərti həbs cəzasına məhkum edib.

SİA xəbər verir ki, bu barədə vilayətin İstintaq Komitəsi məlumat yayıb.

Yeniyetmə məhkəmədə bunun bədbəxt hadisə olduğunu deyərək günahını qismən etiraf edib.

Xatırladaq ki, hadisə 2020-ci ilin aprel ayında Skopinski rayonunun Pavelets stansiyası ərazisində baş verib. Təqsirləndirilən şəxs sərxoş halda dostu ilə mübahisə edib, onun üzərinə benzin tökərək yandırıb. Nəticədə oğlanın bədən səthinin 33 faizi yanıb.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə