Konqoda yük maşını çaya aşıb...azı 50 nəfər ölüb

Konqo Demokratik Respublikasında yük maşını idarəetməni itirərək Kalume-Ngqnqo çayına aşıb.

SİA yerli “Actualite” nəşrinə istinadən xəbər verir ki, Yuxarı Katanqa əyalətində baş verən hadisə nəticəsində azı 50 nəfər ölüb.

Əyalət rəsmisi Josef Kayumbanın sözlərinə görə, yalnız iki nəfəri xilas etmək mümkün olub: “Dalğıclar hadisə yerində axtarış-xilasetmə işlərini davam etdirir, ölənlərin sayının artacağı istinsna edilmir”.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə