Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu vəfat edib. Bu barədə SİA-ya "Yeni Klinika"dan məlumat verilib.

"Həkimlərin səyinə baxmayaraq, Elnur Əşrəfoğlu koronavirus səbəbindən vəfat edib", - klinikadan bildirilib.

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülmüşdü.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə